Bakıda Mercedes-Benz G63 AMG-nin 2018-ci il buraxılışı üçün sifarişlər götürülür.
 
Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, bunun üçün "Facebook" səhifəsi yaradılaraq elan verilib. 

585 at gücünə malik bu avtomobillərin sifarişlə hazırlandığı və 6 ay müddətinə Bakıya çatdırılacağı vədi verilir. Avtomobilin qiyməti nə az, nə çox 142 min avrodur ki, bu qiymətə də gömrük xərcləri daxil deyil. 

Gömrük rüsumunun 60-65 min manat olduğu qeyd edilir. Beləliklə, avtomobil Bakıya təxminən 360-365 min manata gəlib çıxır. 

Qeyd edək ki, maşının mühərriki 4.0 l həcmdədir.