Maqazin 14:33 30.01.2015

Bakıya konsertə gələn müğənni aeroportda huşunu itirdi

Populyar rusiyalı müğənni İrina Dubtsovanın Bakıda konserti baş tutmayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Dubtsova yanvarın 30-da gecə Bakıya uçmaq üçün Moskvanın Domodedovu aeroportuna gedib, ancaq Bakı reysinə minik başlayanda müğənninin halı qəfildən pisləşib və o, huşunu itirib. Müğənnini təcili yardım maşını ilə Lapino klinikasına aparıblar.

“İrinanın vəziyyəti orta ağırdır, uçuş və istənilən hərəkət onun sağlamlığını ciddi riskə ata bilər. Dəqiq diaqnozu yaxın günlərdə təyin etməyə çalışacağıq” - klinikanın həkimləri bildirib.

Bəzi KİV-lər İrinanın halının pisləşməsini onun mümkün hamiləliyi ilə izah edirlər. Müğənni bu günlərdə İnstagramda qadın məsləhətxanasından fotosunu yayıb və yenidən hamilə qalmağı çox istədiyini yazıb. Dubtsovanın hazırda bir oğlu var.

Qaynar.info