Ölkə 11:46 07.12.2017

Bakıya qar yağacaq? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi dünən axşam saatlarından etibarən hava şəraiti kəskin dəyişib, dağlıq və dağətəyi rayonlara qar yağıb. Yağıntının hündürlüyü bəzi yerlərdə 33 santimetrə qədər çatıb.

Bəs yaxın günlərdə paytaxtda necə qar yağacağı gözlənilirmi?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yaxın 2 gündə Bakı və Abşeron yarmadasında əsasən yağış yağacağını və bəzi yerlədə yağıntının intensivləşəcəyini bildirib.

"Əvvəlcədən xəbərdarlıq edilmişdi ki, dekabrın 6-sı axşam saatlarından etibarən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda isə qar yağıb. Hazırda Bakı və Abşeron yarımadasında da yağıntılı hava şəraiti müşahidə olunur və yağıntı əsasən yağış şəklindədir. Bu gün və sabah arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək. Ayın 9-dan bölgələrdə, eləcə də paytaxtda hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır".
 
Çingiz Səfərli