Texnologiya 09:58 26.07.2017

Bakteriyalarla işləyən mühərrik ixtira olundu

Bakteriyalarla işləyən mühərrik ixtira edilib.

"Qaynarinfo" xəbər verir ki, mühərriki bağırsaq çöpləri işə salır. Belə ki, İtaliya Milli Tədqiqatlar Şurasının Nanotexnologiyalar İnstitutunun hazırladığı mühərrikdə bakteriyaların suda üzmək bacarığından istifadə edilib və gen modifikasiyası vasitəsilə onu təkmilləşdiriblər.

Birhüceyrəli orqanizmlər hərəkətdə olarkən asimmetrik formalı dişləri olan çarxı hərəkətə gətirir və dəqiqədə iki dövr edir. Alimlər işığın köməyi ilə bu prosesə nəzarət üsulunu aşkar ediblər və bu, elmdə əsl sıçrayışdır. Mikromühərrik işıq şüalarının təsiri altında fəaliyyətə başlayır və qaranlıqda dayanır.

Layihənin rəhbəri, fizik Roberto Di Leonardo bildirib ki, bu, tezliklə “bakterial” mühərrikin işini avtomatlaşdırmağa imkan verəcək və onu kompüterə tabe edəcək. Bu ixtira müxtəlif sahələrin işinə töhfə verə bilər və onun, həmçinin tibb sahəsində geniş tətbiqi gözlənilir.

Qaynarinfo.Az