99-JH-206 dövlət nömrə nişanlı "Baku Bus” şirkətinə məxsus sərnişin avtobusu dayanacaqda dayanmaqdan imtina edib.
Qaynarinfo xəbər verir ki, azxeber.com-a sərnişinlərdən birinin göndərdiyi görüntülər "Azadlıq” metrosunun yaxılığında lentə alınıb.
Sərnişin avtobusunun sürücüsü Şövkət Məmmədova küçəsindəki yolda gedən təmir işləri ilə əlaqədar olaraq İbrahimpaşa Dadaşov küçəsindən hərəkət etməyə başlayıb. Sərnişin avtobusları hazırda hərəkətdə olduqları istiqamətdəki dayanacaqlarda saxlamaqdan imtina ediblər.
Təmirlə əlaqədar hərəkət istiqamətlərini dəyişən avtobusların dayanacaqlarda saxlamaması sərnişinlər tərəfindən etirazla qarşılanıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər