Ölkə 21:35 20.06.2018

Balakəndə 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb

Balakən rayonunda 18 yaşlı qadın üç yaşlı oğlu ilə birlikdə itkin düşüb.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, rayonun Hənifə kənd sakini, 1999-cu il təvəllüdlü Sevinc Ocaqverdiyeva 2015-ci il təvəllüdlü oğlu Ruslanla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Onların axtarışları Balakən rayon Polis şöbəsi tərəfindən davam etdirilir.