Fransada 42 il əvvəl bank soyğununda iştirak edən Jak Kassandri bu barədə kitab yazıb və bu addımı onun həbs edilməsi ilə nəticələnib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 1976-cı ildə Nis şəhərində oğrular kanalizasiyada tunel qazaraq "Societe Generale" bankından 29 milyon avro pul oğurlamışdı. Tunelin uzunluğu 8 km olmuş və işıqlandırmaq üçün böyük miqdarda elektrik kabeli istifadə edilmişdi.

Soyğunda şübhəli hesab olunan Albert Spaccari 1977-ci ildə həbs edilmiş, lakin qaçaraq 12 il sonra sürgündə dünyasını dəyişmişdi.

Kassandrinin 2010-cu ildə kitab yazması onun oğru olmasını sübut edib və istintaq prosesinə start verilib. Soyğundan uzun müddət keçdiyi üçün Kassandri oğurluq maddəsi ilə ittiham edilməyəcək, lakin o, çirkli pulların yuyulmasında günahkar hesab edilir.

Qeyd edək ki, Jak Kassandrinin vəkili kitabın sübut yox, roman olduğunu bildirərən onu müdafiə edir. Cinayətkar isə soyğundan sonra ona 2 milyon avro qaldığını və pulu qısa müddət sonra xərclədiyini bildirir. Lakin onun uzun müddətdir dəbdəbəli həyat yaşaması prosesdə irəli sürülən məsələlərdəndir.

Gülşən