Ekonomiks 18:27 24.06.2018

Bankların kredit portfeli: 11 milyard...

2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 815,8 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9 milyard 516,4 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 708,8 milyon manat olub və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib. (Axar.az)