Dünya 22:35 17.04.2013

Barak Obamaya "zəhərli" məktub göndərdilər

ABŞ prezidenti Barak Obamaya və senator Rocer Uikerə göndərilmiş "zəhərli" məktubun Boston terroru ilə əlaqəsi yoxdur.

Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, Ağ Evdə Obamaya ünvanlanmış şübhəli məktub ələ keçirilib. FTB-nin verdiyi məlumata görə, məktubda güclü təsirə malik zəhər aşkar edilib. Lakin bunun dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Məlumatda deyilir ki, məktub Obamaya ötən gün - senator Rocer Uikerə "zəhərli" məktubun göndərildiyi gün gəlib.

Məktubun alınmasından sonra Kapitoli polisi Senatın iki binasının sakinlərini köçürüb.