İdman 20:01 15.04.2018

"Barselona" 34 illik rekordu qırdı

La Liqanın lideri "Barselona" doğma meydanda "Valensiya"nı məğlub etməklə yeni rekorda imza atıb.
 
Qaynarinfo xəbər verir ki, 2:1 hesablı qələbədən sonra xallarının sayını 82-yə yüksəldən "Barsa" ardıcıl 39 matçda məğlub olmamaqla La Liqa tarixinin 34 illik ən uzun yenilməzlik seriyasının ünvanını ələ keçirib. 
 
Bundan öncəki rekord 38 oyun məğlubiyyətsizlik seriyası ilə "Real Sosyedad"a məxsus idi.