İdman 17:02 17.11.2017

"Barselona" Arda Turanı satır: "Onu heyətdə istəmirik"

İspaniyanın "Barselona” klubu Arda Turanı satmağa hazırdır.

"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmisi Qabriel Sanz açıqlama verib:

"Onun klubdan gedəcəyi tarixi dəqiqliklə söyləmək çətindir. "Barselona” artıq Ardanı heyətində görmək istəmir. Bu, onun özünə də deyilib. "Barselona” maliyyə məsələlərini tezliklə qaydaya salmalıdır. Ardanın meneceri ilə də görüşəcəyik.”

Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi "Barselona”ya 41 milyon avro qarşılığında "Atletiko”dan transfer olunub.
 
Qaynarinfo.Az