İdman 10:28 20.07.2013

“Barselona” baş məşqçisiz qaldı

“Barselona”nın baş məşqçisi Tito Vilanova tutduğu postu tərk edib. Apasport.az saytının məlumatına görə, bu haqda yaxın günlərdə rəsmən xəbər veriləcək. 

Vilanovanın komandada müvəqqəti vəzifəsini isə onun köməkçisi Rubi icra edəcək. 

İspaniya mətbuatının məlumatına görə, Titonun səhhəti pisləşdiyi üçün Kataloniya klubunun “sükanı arxası”ndan gedib. 44 yaşlı çalışdırıcıda xərçəng xəstəliyi yenidən büruzə verdiyi üçün o, işini davam etdirməyə özündə güc tapmayıb. 

Qeyd edək ki, Vilanova ötən mövsümün 2 ayını ABŞ xəstəxanasında keçirib. Həmin zaman onun qulaqyanı vəzinində şiş aşkarlanmışdı və Tito əməliyyatdan sonra müalicə kursu alırdı. 

Qaynar.info