İdman 18:10 19.02.2013

“Barselona” Messisiz də güclüdür”

“Barselona”nın futbolçusu Pedro Rodriqes komanda yoldaşı  Leonel Messi haqqında danışıb.

Qol.Az-ın verdiyi məlumata görə, o, argentinalı ulduz haqda xoş sozləri desə də, “Barselona”nın yalnız Messidən ibarət olmadığını deyib.

“Messi yaxşı futbolçudur. Amma “Barsa” Messisiz də güclüdür. Messiyə bağlı komanda olduğumuzu düşünmürəm”.

Futbolçu komanda yoldaşının bu qədər çox qol vurmasını onun istəkli olmasl ilə əlaqələndirib.”Messi inanılmaz istəkli oyunçudur. Belə futbolçular dünyada azdır. Saysız qollar atır və dayandırıla bilmir. Belı bir futbolçu isə dünyanın ən yaxşısıdır”.

Pedro həmçinin  Messinin hələ karyerasının zirvəsində olmadığını deyərək komanda yoldaşının bundan sonra da yeni rekordlar qıracağına əmin olduğunu deyib.

Qaynar.info