İdman 11:45 10.07.2018

"Barselona" yeni transferini açıqladı: 400 milyon avro qiymət qoydu

"Barselona" Braziliyanın "Qremio" klubundan Artur Ramosu transfer edib. 

Qaynarinfo Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu üçün braziliyalılara 31 milyon avro ödəniləcək. "Qremio" futbolçunun performansına uyğun olaraq daha 9 milyon avro bonus əldə edə bilər.

"Barselona" 6 illik müqavilə imzaladığı Artur üçün 400 milyon avro sərbəst qalma qiyməti qoyub.