İdman 11:17 18.11.2017

"Barselona"dan 90 milyonluq transfer

"Barselona"nın Antoine Qrizmannı heyətinə qatacağı ilə bağlı iddialar güclənir. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir verir ki, Fransa mediası artıq transferin dəyərini də açıqlayıb.

İddia olunub ki, "Barselona" fransız ulduz üçün "Atletiko"ya 90 milyon avro ödəyəcək. Transfer 2017/18 mövsümü başa çatandan sonra reallaşacaq.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde transferlə bağlı açıqlama verib. Mütəxəssis xəbəri təkzib etməyib: "Qrizmann əla futbolçudu. Adı "Barselona" ilə yanaşı çəkilən hər futbolçu əladı. Mən komandadakı futbolçulardan razıyam. Gələcəkdə nələr olacağı barədə indidən danışmayaq".

Qaynarinfo.Az