Ölkə 16:32 10.10.2019

Baş direktor işdən çıxarıldı

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş direktoru işdən çıxarılıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Hüseyn oğlu Quliyev tutduğu vəzifədən azad edilib. Bu vəzifəyə baş direktorun müavini Ənvər Lumanov təyin olunub.

Səhiyyə Nazirliyi faktı təsdiqləyib.