İdman 17:03 22.11.2018

Baş məşqçi açıqladı: Salah "Liverpul"dan gedir

Məhəmməd Salah yayda "Liverpul"u tərk edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Misir millisinin baş məşqçisi Xavyer Aqirre açıqlama verib.

İngiltərə mətbuatına danışan mütəxəssis "Liverpul" bu mövsüm titul qazana bilməsə, Salah yayda komandadan gedəcək. Baş məşqçiləri Yurgen Klopp da bunu çox yaxşı başa düşür. Ona görə də, onlar bu il titul qazanmaq üçün əllərindən gələni edəcək" deyin.