İdman 17:48 02.03.2013

Baş məşqçi ilə futbolçu əlbəyaxa davaya çıxdı

Milanın “İnter” komandasının düşərgəsində qalmaqal baş verib. 

Qol.Az-ın məlumatına görə, son məşqindən sonra baş məşqçi Andrea Stramaççoni və hücumçu Antanio Kassano paltardəyişmə otağında əlbəyaxa davaya çıxıblar.

Tərəfləri sakitləşdirmək üçün yarımmüdafiəçi Deyan Stankoviç və klubun meneceri İvan Kardoba xüsusi faəllıq göstəriblər.

Ehtimal olunur ki, davanın baş verməsinə Kassanonun adının martın 3-də “Kataniya”ya qarşı  keçiriləcək oyunun iştirakçıları sırasına salınmamasıdır.

Qaynar.info