İdman 13:03 18.02.2013

Baş məşqçi ulduz futbolçulardan narahatdır

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançini hücumçularının yetərli qollar vura bilməməsindən narahat olduğunu söyləyib.

Qaynar.info-nun məlumatına görə, "Lids Yunayted" üzərində əldə olunan 4-0-lıq qalibiyyətdə qol vuran Tevez və Aqueradan çox şey gözlədiyini deyib: "Tevez bizim üçün önəmli oyunçudur, amma hələ ki formada deyil. Bu matçda qol vurması yaxşı haldır. Hücumçularımızın bu gün olduğu kimi hər həftə qol vurmaları şərtdir. Əgər hücumçularımız qol vurmağı xatırlayarlarsa, o zaman Premir Liqa üçün yaxşı şans əldə edə bilərik" deyib.

Qaynar.info