Baş məşqçisi Ramil Şeydayevdən danışdı:

Baş məşqçisi Ramil Şeydayevdən danışdı: "Qalmaq istəyir, amma..."

"Krılya Sovetov”un baş məşqçisi Miodraq Bejoviç Ramil Şeydayevin komandada qalıb-qalmayacağı ilə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, "Sport24” nəşrinə müsahibə verən mütəxəssis Samara təmsilçisi ilə müqaviləsi başa çatan millimizin üzvünün klubdakı taleyi ilə bağlı sualı belə cavablandırıb:
 
"Ramilin komandada qalmaq arzusu var. Amma onun və mənim arzum başqa, maliyyə şərtləri isə başqadı. Hər şey şərtlərdən asılıdı. Ümumiyyətlə, gəlin, transferlərlə bağlı bir qədər gözləyək. Axı hələ tətildən qayıtmamışıq".

Qeyd edək ki, 22 yaşlı hücumçu ötən ilin avqust ayında "Krılya Sovetov”la 1 illik müqavilə bağlamışdı.
XƏBƏRLƏR
BLOGLAR