Dünya 09:45 15.07.2018

Baş nazir hökumət əleyhinə nümayişlərə görə istefa verdi

Haitinin baş naziri Cek Qay Lafontant istefa verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Lafontant istefa ərizəsini prezident Covenel Moisə təqdim edib. 

Ötən həftələrdə ölkədə maye yanacağın qiyməti artırılmış, insanlar 6-8 iyulda hökümət əleyhinə etiraz aksiyaları təşkil etmişdi. İstefanın səbəbi nümayişlərdə insanlara qarşı tətbiq edilən zorakılıq hallarıdır.

Gülşən