Siyasət 17:30 18.05.2013

Baş nazir: "Yetər ki, bunu tapa bilim"

“Biz İrandan neft idxalını azaltmaq qərarı almadıq”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-da səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Türkiyə öz mənfəətlərini düşünərək İrandan neft idxalını davam etdirəcək: “ABŞ və Avropa Birliyinin İrana sanksiyalar tətbiq etməsi səbəbindən Türkiyənin də bu ölkədən xam neft idxalı məsələsinə yanaşması vardı. Ancaq millətlərin öz mənfəətlərini güdərək bu cür addımları atdığını yəqin təqdir edərsiniz. Mən hazırda xam nefti və ya təbii qazı haradan daha ucuz alıramsa, oraya doğru yönələcəyəm. Bu, ölkəmin ən təbii haqqıdır. Yetər ki, bunu tapa bilim. Hazırda həqiqətən İrandan idxal etdiyimiz xam neft əvvəlki göstəricilərlə müqayisədə xeyli azalıb. Bu yaxınlarda ABŞ-ın neft nazirinin Türkiyəyə səfəri zamanı da bu məsələ ilə bağlı müzakirələr apardıq və onlara bu yanaşma tərzi ilə vəziyyəti davam etdirməyin mümkün olmayacağını dedik. Bundan sonra İrandan neft idxalımız daha da azalarmı, mövzusuna gəlincə, təbii ki, bunu zaman göstərəcək deyə bilərəm”.


Qeyd edək ki, bu ilin aprelində Türkiyənin İrandan xam neft idxalı 100 min barelə çatıb.

Qaynar.info