Siyasət 10:24 23.10.2019

Baş nazirdən iki yeni təyinat

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.

Qaynarinfo APA-ya istinadən xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.
 
Xatırladaq ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.