Dünya 10:53 25.06.2018

Baş nazirdən xəbərdarlıq: "Miqrantlara yardım etməyin"

İtaliyanın sağ radikal cinahın təmsilçisi olan höküməti yardım gəmilərinə Aralıq dənizində olan miqrantlara kömək etməmək barədə xəbərdarlıq edib. 

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Salvini danışıb və bildirib ki, miqrantlar Libiya sularındadır və Libiyanın məsuliyyəti altındadır. Xüsusi xəbərdarlıq İspaniyanın yardım təşkilatı olan "Proactiva Open Arms"a edilib. 

Qeyd edək ki, Afrikadan Avropaya doğru hərəkət edən 6 qayıqdan kömək siqnalı gəlib.

Ötən günlərdə "Aquarius" gəmisi bir müddət sularda qalmış, Malta və İtaliya gəmidəki 630 miqrantı qəbul etməkdən imtina etmişdi. Daha sonra İspaniya miqrantlara qapılarını açmaq qərarına gəldi. 

Gülşən