Ölkə 11:07 22.03.2018

Baş nazirdən yeni qərar: bu şəxslərin maaşları artırıldı

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşları artılırıb.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib. Əvvəllər direktorların vəzifə maaşı 486, müavinlərinin isə vəzifə maaşı 435 manat olub.
 
**** 
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Qərara əsasən, Nazirlər Kabinetinin "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib: 

Əvvəlki cədvəl isə belə idi: 


****
Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.

Qaynarinfo-nun Report-a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.  

Qərara əsasən, Nazirlər Kabinetinin "Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib. 

Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.