İngiltərənin baş naziri Tereza Meyə qarşı sui-qəsd cəhdi edildiyi iddia olunub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İngiltərə mətbuatı Tereza Meyin bombalı hücumla öldürülməsi üçün təşkil edilmiş planın qarşısının alınması barədə xəbər yayıb. Təhlükəsizlik qüvvələri nazirlik binasının yerləşdiyi "Downing Street"də bombalı hücum təşkil edib daha sonra Meyi öldürməyi hədəfləyən 2 nəfəri həbs edib. 

20 yaşlı Naaimur Zəkəriyyə Rəhman və 21 yaşlı Məhəmməd Aqib İmran bu gün terror ittihamı ilə məhkəməyə çıxacaq. 

Gülşən