Dünya 10:55 25.06.2013

Baş naziri yəhudilərin əsl dostu elan etdilər

İsraildə səfərdə olan Gürcüstan baş naziri Bidzina İvanişvili İsrail prezidenti Şimon Pereslə görüşüb. 

Qaynar.info-nun məlumatına görə, tərəflər iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi məsələsində razılığa gəliblər. 

Yəhudi cəmiyyətinə göstərdiyi qayğıya görə, İvanişviliyə təşəkkürünü bildirən Peres onu yəhudi xalqının əsl dostu adlandırıb. 

Qeyd edək ki, 2010-cu ildə iki yəhudi biznesmeninin Gürcüstanda həbs olunması ilə baş verən İsrail-Gürcüstan böhranından sonra bu, gürcü rəsmilərinin İsrailə ilk yüksək səviyyəli səfəridir. 

Qaynar.info