Ölkə 18:10 21.04.2018

Baş nazirin daha iki müavini vəzifəsini itirdi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.

Qaynarinfo xəbər verir ki, yeni hökumətdə Baş nazirin müavinlərinin sayı 6-dan 4-ə endirilib.

Belə ki, Abid Şərifov, Elçin Əfəndiyev İsmət Abasov yeni hökumətdə yer almayıb.

Əvəzində Bakı şəhər İcra Hakimiyyinin başçısı Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edilib.

Digər müavinlər - Yaqub Eyyubov, Əli ƏhmədovƏli Həsənov vəzifədə qalıb.