Dünya 13:03 22.07.2013

Baş nazirin müavini Qərbi ittiham etdi

Qərb Suriya xalqının çəkdiyi bütün əzablara görə, məsuliyyət daşıyır. Əgər dost ölkələrin yardımı olmasaydı xalqın aqibətinin necə olacağı məlum deyildi.
Qaynar.info-nun məlumatına görə, bunu Suriya baş nazirinin müavini Qədri Cəmil Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib. 
Onun sözlərinə görə, son iki ildə qanuni hökuməti devirmək üçün cəhdlər olub: "Lakin bütün hərbi və siyasi addımlar nəticəsiz qalıb". 
Qaynar.info