Macarıstanın milliyətçi mühafizəkar və miqrantlara qarşı olan baş naziri Viktor Orban çılğın futbol azarkeşidi. Qaynarinfo xəbər verir ki, baş nazir bir vaxtlar dünyada söz sahibi olan macar futbolunu yenidən köhnə günlərə qaytarmağa çalışır.

Onun futbolla bağlı bəzi qərarları muxalifətin narazalığına səbəb olub. Muxaliflər ölkədə bir çox problem həll olunmamışkən stadionlara böyük pulların xərclənməsinə etiraz edir.

Viktor Orbanın böyüdüyü Felksut kəndində tikdirdiyi stadion və yaratdığı futbol klubu etirazlara səbəb olub. Kəndin əhalisi 1800 nəfərdi. 2014-cü ildə inşa edilən və "Panço Arena" adı verilən stadionun tamaşaçı tutumu 3800 nəfərdi. Yəni bütün kənd işini-gücünü atıb oyuna getsə belə, stadionun yarısından çoxu boş qalacaq.



Kəndin futbol komandasının adı isə macar futbolunun əfsanəsi Ferenk Puşkaşın adını dayışır. 2007-ci ildə qurulan "Puşkaş Akademiya" adlı klub Macarıstan çempionatının güclülər dəstəsində çıxış edir. Əslində komandaya adı verilən Puşkaşın bu kəndlə heç bir əlaqəsi yoxdu.

Komandanın ev oyunlarına orta hesabla 400 nəfər gedir. Bunların yarısı Macarıstanın oliqarxları və siyasətçiləridi. Macar siyasilər və iş adamları oyunlar zamanı stadionda onları vəzifə pillələrində və iş dünyasında daha yuxarılara qaldıracaq məmurlarla əlaqə yaratmağa çalışırlar.
 


Macarıstanda korrupisiya və rüşvətxorluqla mübarizə aparan Qyula Muksi vəziyyəti belə izah edir: "Futboldan nifrət etsiniz belə, bu oyunlara getmək məcburiyyətindəsiniz. Çox pulun lazım olduğu inşaat digər layihəərlə bağlı qərarlar burda verilir".

Viktor Orban gənclik illərində yarımhəvəskar səviyyədə futbol oynayıb. O, baş nazir olduğu ilk dönəmlərdə də dostları ilə oyunlar keçirib. 

Onun futbol sevgisini "həddindən artıq" hesab edən yaxınları da var. İngiltərənin "Guardian" qəzetinə danışan dostlarından biri Viktor Orban Felksutda stadion tikdirəcəyini ilk dəfə deyəndə "Bu stadiona ehtiyac varmı" deyə düşündükdərini bildirib. Adını açıqlamayan həmin şəxs "Bu onun uşaq tərəfidi. Futbol fanatikidi. Amma bu stadionun yerinin doğru olduğunu düşünmürəm. 10-20 il ərzində bu stadionun vəziyyəti necə olacaq? Doğru qərar deyildi" deyib.



Viktor Orban o qədər böyük futbol azarkeşidi ki, gündə bəzən 6 oyun izləyir. Baş nazir olaraq ölkə xaricinə ilk səfərini Parisdə keçirilən "DÇ-1998"in final oyunu olub. Yaxınlarının dediyinə görə baş nazir həmin vaxtdan bütün Dünya çempionatı və Çempionlar Liqası finallarını canlı izləyib.

Ötən ilin fevralında Viktor Orbanın müxalifləri önəmli bir zəfər qazandı. Belə ki, Macarıstan hökuməti 2024-cü il Yay Olimpiya Oyunları üçün paytaxt Budapeşti namizəd göstərmişdi. Ancaq muxalifət və fəallar ölkənin səhiyyə, təhsil, yoxsulluq kimi problemləri varkən, olimpiya oyunlarına büdcə ayrılmasına qarşı kampaniya başlatdı. Nəticədə muxaliflər Budapeşt sakinlərinin səs verəcəyi referendumun keçirilməsi üçün lazım olan qədər imza topladı. Viktor Orban hökuməti referendumdan olimpiadaya qarşı "yox" cavabı almaqdan qorxaraq namizədliyi geri götürdü.



Qeyd edək ki, Viktor Orban ilk dəfə 1998-2002-ci illərdə Macarıstanın baş naziri olub. Rəhbərlik etdiyi Fidesz Partiyası 2010-cu ildə 50 faiz səs toplayaraq Milli Məclisdə böyük çoxluq əldə edib. 54 yaşlı siyasətçi 2010-cu ildə ikinci dəfə baş nazir seçilib və həmin vaxtdan hökumətə rəhbərlik edir.