Dünya 15:34 16.11.2017

Baş nazirlik postundan istefa verən Hariri geri dönür

Livanın sabiq baş naziri Saad Haririnin 48 saat içərisində Səudiyyə Ərəbistanını tərk edib. Fransaya gedəcəyi iddia edilir.

"Qaynarinfo" xəbər verir ki, bu barədə məlumatı Reuters xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, o, Fransaya səfərindən sonra Beyruta qayıdıb rəsmi olaraq istefa verəcək.

Qeyd edək ki, sabiq baş nazir noyabrın 4-də Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən baş nazirlik postundan istefa etdiyini açıqlamışdı. Onun Səudiyyə Ərəbistanında zorla saxlanıldığı iddia edilsə də, Hariri bu iddiaların əsassız olduğunu bildirmişdi.

Qaynarinfo.Az