Xəbər lenti

Basdırılan şəxs 2 ay sonra dirilərək evinə gəldi - Qazaxıstanda ilginc olay
Dünya 14:08 04.11.2018

Basdırılan şəxs 2 ay sonra dirilərək evinə gəldi - Qazaxıstanda ilginc olay

Qazaxıstanda qeyri-adi hadisə baş verib.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Zuldiz rayonunun Tomarlı kəndindən olan 63 yaşlı Ayqali Supuqaliyev adlı şəxs bu ilin iyun ayında evindən çıxıb və geri qayıtmayıb. Bundan narahat olan ailəsi onunla bağlı polisə məlumat veriblər. 2 ay sonra ailə morqa çağırılıb və tapılan cəsədlərdən birinin ona aid ola biləcəyi bildirilib. Meyitin DNT analizi aparıldıqdan sonra tibbi ekspertiza həmin şəxsin 99,92 faiz ehtimalla Ayqalı olduğu barədə rəy çıxarıb.

Ailə ölən şəxsin qalıqlarını evə gətirərək, kənddə yas mərasimi təşkil edib və sentyabrın 2-də meyit rayondakı müsəlman qəbristanlıqlarının birində basdırılıb.

Hadisədən 2 ay sonra isə Supuqaliyev evinə qayıdaraq, hər kəsi təəccübləndirib. Məlum olub ki, o, 4 ay öncə rayonda tanış olduğu bir nəfərlə müvəqqəti işləmək üçün Ərafat bölgəsinin yaxınlığında bir yerə gedib və ailəsi ilə əlaqə saxlaya bilməyib.

Ailə tibbi ekspertiza idarəsinin ekspertlərini yanlış rəy verikləri üçün məhkəməyə verməyə hazırlaşır. Basdırılan şəxsin isə kimliyi barədə məlumat verilmir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->