Foto 16:46 10.02.2018

Sürüşmə zonasından əhalinin köçürülməsinə qərar verildi (YENİLƏNİB/FOTOLAR)

"Bayıl sürüşmə zonasının sakinlərinə bir illik kirayə haqqı veriləcək".

Bunu ərazidə yaşayan sakinlərlə söhbətində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. O bildirib ki, kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".("Report")

*** 
16:01

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

İcra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.("Report")

***
15.20

Bakıda Bayıl yamacında sürüşmə baş verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
 
Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: "Əlavə məlumat veriləcək”.
 
Yerli sakinlər bildiblər ki, sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.