Ölkə 12:39 15.10.2013

Bayram günləri havalar necə keçəcək?

Yaxın iki gün ərzində havanın temperaturu 27 dərəcəyə yüksələcək

Həyat tərzi  Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələrək 27 dərəcəyə çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abseron varımadasında oktvabrın 16-da havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısmda yağışın tədricən kəsiləcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 15-18 m/s-ə çatacaq.

Havanın temperaturu gecə 10-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 17-də havanın dəyişkən buludlu. əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 7-12 m/s olacaq. Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 16-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Azərbavcamn ravonlarında oktvabrın 16-17-də arabir yağış yağacağı, 16-sı gündüz və 17-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27 isti, dağlarda gecə 2-7 isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info