Ölkə 00:46 20.08.2013

Bayraq Meydanı yaxınlığında dəhşətli qəza - FOTOLAR



Bu gün axşam saatlarında Bakı şəhəri, Neftçilər prospekti Bayraq Meydanı yaxınlığında dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

90 DN 988 dövlət nömrə nişanlı "Mitsubishi Lancer"le "Tofaş" toqquşub. Zərbə nəticəsində "Tofaş" markalı avtomobil 30 metr kənara- yolun hərəkətsiz hissəsinə aşıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dəhşətli qəza nəticəsində "Tofaş" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hər iki avtomobilin yararsız hala düşdüyü bildirilir.

Qaynar.info