Foto 14:32 27.06.2018

Bazarda meyvə satırdı, indi dünyanın ən çox qazanan modellərindən biridir (FOTOLAR)

Rusiyada keçirilən Dünya Çempionatının açılış mərasimində əfsanəvi qapıçı İker Kasilyas ilə birlikdə kuboku yaşıl meydançaya gətirən tanınmış model Nataliya Vodianova nağıla bənzər həyat hekayəsi ilə yenidən gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, bu gün dünyanın ən çox qazanan modellərindən biri olan N.Vodianova Rusiyanın Nijni Novqorod şəhərində bazarlarından birində bir zamanlar meyvə satıcısı olaraq çalışırmış.

Elə bu işdə çalışarkən kəşf edilən modelin həyatı bir anda dəyişib.
 
O, 1982-ci ildə Nijni Novqorodda doğulub. 16 yaşı olanda Yevgenia Çkalovanın «Евгения» model agentliyinə daxil olunur və orada ona ingilis dilini öyrənməyə tövsiyə edirlər. Beksteyclərin birində "Viva Model Management" model evi onunla maraqlanır və Parisə dəvət alır. Bir neçə aydan sonra o Fransaya köçən model burada Castin Portman adlı biznesmenlə ailə həyatı qurur. Bu izdivacdan Nataliyanın 3 uşağı olur. Portmandan ayrıldıqdan sonra o, fransız iş adamı Antoine Arnaultla evlənir bu evlilikdən də 2 uşaq dünyaya gətirir.

Kasıbçılıq içində böyüyən Nataliya yoxsul həyatını heç zaman unutmur və yardıma ehtiyacı olan uşaqlar üçün "Naked Heart" adlı vəqf qurur.

Hazırda dünyanın ən çox qazanan modellərindən olan Nataliya həyat yoldaşı ilə birgə Parisdə yaşayır.
 
Çingiz