Video 09:32 23.09.2018

Bazarda qiymətlər necədir? (VİDEO)

Bazarlara bir sıra mövsümü meyvələr gətirilib. Yerli mandarin 3, xurma 4 manatdan təklif olunur.
 
Qaynarinfo xəzərxəbər-ə istinadən xəbər verir ki, bazarda bəzi tərəvəz məhsullarının qiyməti əvvəlki aylara nisbətən qalxıb. Bəzi meyvə və tərəvəzlərin satışa çıxarılması bazarlarda canlanma yaradıb.

Bəzi tərəvəz məhsullarının qiymətində isə artım müşahidə olunur. Satıcılar xüsusi ilə də kartof və pomidorun qiymətinin artdığını deyirlər.

Alıcılar isə bəzi məhsulların qiymətlərinin münasib olduğunu bildirirlər.

Satıcılar qarşıdakı aylarda bazarlara məhsulların daha çox çıxarılması ilə əlaqədar qiymətlərin enəcəyi qənaətindədirlər.