Ekonomiks 10:42 21.02.2018

"Bizim Market" şəbəkəsi satılıb? (Açıqlama)

"Azərsun Holding"ə daxil olan "Bazarstore" marketlər şəbəkəsinin ölkənin digər populyar supermarketlər şəbəksindən biri olan "Bizim Market"i alması barədə bu gün yayılan məlumat öz təsdiqini tapmayıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu gün topxeber.az-a istinadən yayılan məlumat "Bizim Market” MMC-nin təmsilçiləri tərəfindən təkzib olunub.

Qaynarinfo ilə əlaqə saxlayan şirkət təmsilçiləri birmənaklı şəkildə bildirdilər ki, "Bizim Market"in nə təsisçiliyi dəyişməyib nə də heç bir digər şəbəkəyə birləşməyib. 

"Əksinə, "Bizim Market" inkişaf etməkdə və genişlənməkdədir. Hazırda 13 supermarketimiz fəaliyyət göstərir və ilin sonuna qədər onların sayını 20-yə çatdırmağı hədəfləmişik. Yaxın günlərdə "Xalqlar Dostluğu" metrosu yaxınlığında böyük bir hipermarketimizi də sakinlərin ixtiyarına verəcəyik".