BBC-nin idman müxbiri Devid Ornşteyn Bakıdan videoreportaj hazırlayıb.
Qaynarinfo xəbər verir ki, müxbir bu gün Bakıda "Çelsi" və "Arsenal" arasında möhtəşəm oyun keçiriləcəyini bildirib.
Videoreportaj deyilir: "Azərbaycanın paytaxtı, günəşli Bakıya xoş gəlmisiniz. Fikirləşə bilərsiniz ki, niyə bu iki komanda futbol oynayıb qayıtmaq üçün 5500 mil yol qət edib. İki il əvvəl təşkilatçılar final matçının Bakıda keçirilməsini qərara alıb. Bu, fantastik matç olmalıdır və stadion da möhtəşəm görünür”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər