Foto 17:08 12.03.2018

Bədəni zəhərli maddələrdən təmizləyən sous (FOTOLAR)

Tahini Yaxın Şərq mətbəxinə aid və dünyada geniş istifadə edilən souslardandır.

Qaynarinfo xəbər verir ki, Yaxın Şərq mətbəxinə aid digər sous olan hummusun tərkib hissələrindən olan, səhər yeməklərində, şirniyyat və salatların hazırlanmasında istifadə olunan tahini sadə tərkibi və çoxsaylı faydası ilə məşhurdur. 

Tahini sousunun hazırlanması: 
Qovrulmuş küncüt blenderdən keçirilir və üzərinə azca bitki yağı, duz, zövqə görə şəkər, bəhməz və ya bal əlavə edilir. 

Faydaları:
1. Zəngin mineral tərkibinə görə sümük inkişafı üçün olduqca yararlıdır.
2. Öd daşı, bronxit və nəfəs yollarındakı problemlərin müalicəsində tahinidən istifadə məsləhət görülür.
3. Gündə 2 qaşıq qəbul edilən tahini sizə enerji və bol miqdarda protein verəcək.
4. Bədəndə yığılan ağır metallar, zəhərli maddələr, radiasiya və bəzi dərmanların toksiki təsirinə qarşı tahini sousu məsləhət görülə bilər.
5. E, C və B vitamini ilə zəngin olan tahini hüceyrə strukturundakı mənfi dəyişikliklərin qarşısını alır, yaraların sağalmasını sürətləndirir. E vitaminində olan yüksək miqdarda antioksidant bədənimizi bir çox xəstəliklərə qarşı mübarizədə daha güclü edir.
6. Tahini yaşlanma ilə əlaqədar yaranan yaddaş pozğunluğuna müsbət təsir göstərir.

Gülşən