Maqazin 16:22 25.06.2019

Bəhram Bağırzadə AzTV-dən niyə getdi?

Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb. Şoumen dövlət kanalı ilə müqaviləsini ləğv edib, yeni layihəsini başqa kanalda işıqlandırmaq fikrindədir. 

Qaynarinfo xəbər verir ki. "Qafqazinfo” mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, B. Bağırzadənin layihəsinin dayandırılmasına səbəb sponsorun geri çəkilməsidir:

"Bəhram Bağırzadə ilə yeni layihənin baş tutmamasına səbəb sponsorun layihədən imtina etməsidir. AzTV ilə Əməkdar artist arasında hər hansı anlaşılmazlıq olmayıb.  Hətta "Bəhram +” proqramının bir neçə buraxılışının çəkilişləri baş tutmuşdu. Lakin sponsorun geri çəkilməsi verilişin dayanmasına səbəb oldu. Bununla belə yeni mövsümdə daha kreativ layihələrlə görüşünüzə gələcəyik”. 

Qeyd edək ki, Əməkdar artist media.az-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləmişdi.