İdman 10:41 18.11.2013

Bekhem kral ailəsi ilə qonşu oldu


Məşhur cütlük şahzadə Uilyam və Keyt Midltonla qonşu olacaq

İlin ən dəbli kişisi seçilən, məşhur futbolçu Devid Bekhem və stilist, dizayner Viktoriya Bekhem Londonda yeni malikanə alıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur cütlük şahzadə Uilyam və Keyt Midltonla qonşu olacaq. Bekhemlər ailəsi 80 milyon dollar xərcləyəcəyi 7 mərtəbəli evə gələn il köçəcək.

Qeyd edək ki, Devid Bekhemlə şahzadə Uilyam arasında dostluq əlaqələri var. 2007-ci ildə onlar birlikdə London Olimpiadasına hazırlıq işlərinə rəhbərlik edib. 2011-ci ildə isə Devid və Viktoriya Uilyamla Keytin toy mərasimində iştirak edib.


Qaynar.info