İdman 11:23 09.02.2019

Bekhemə heykəl qoyulacaq

Sabiq ingilis futbolçu Deyvid Bekhemə heykəl qoyulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın "Los Anceles Qalaksi" klubu məlumat yayıb. 44 yaşlı veteran futbolçunun heykəli Kaliforniyada klubun ev oyunlarını keçirdiyi "StubHub Center” stadionunun girişində yerləşəcək. 

Qeyd edək ki, Bekhem 2007-2012-ci ildə "Los Anceles Qalaksi"nin heyətində 122 oyuna çıxıb və 19 qola imza atıb.

Gülşən