Dünya 17:47 19.06.2018

Bələdiyyə sədri həbs olundu: 16 yaşlı qızla sevgili imiş

İngiltərənin Qodalminq qəsəbəsinin sabiq bələdiyyə sədri azyaşlı ilə seksual münasibətə görə həbs edilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Saymon Torntonun 16 yaşlı qızla 3 ildir münasibətdə olduğu aşkarlanıb. O, 13 yaşından bəri cinsi istismara məruz qoyduğu yeniyetməni evinə gətirib, azyaşlı və həyat yoldaşı ilə birlikdə cinsi əlaqəyə girib. 20-dən çox cinsi zorakılıqda ittiham edilən 46 yaşlı bələdiyyə sədrinin evindən çox sayda seksual məzmunlu material da ələ keçirilib. 

Saymon Torntonu 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gülşən