Foto 15:28 04.11.2017

Bələdiyyə sədri istefa verdi, əhali qurban kəsdi (FOTOLAR)

Türkiyənin Balıkəsir şəhərinin bələdiyyə sədri Edip Uğurun istefası maraqlı şəkildə qeyd edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qəssablar Birliyinin sədri İsmail Balaban və qardaşı İsa Balaban iş yerlərinin sabiq bələdiyyə sədri tərəfindən meydan layihəsi üçün söküldüyünü bildirib. Bələdiyyə sədrinin vəzifəsindən azad edilməsinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edən qardaşlar 500 kiloluq dananı qurban kəsiblər. 

Tarixi Zağnos Paşa məscidi önündə gerçəkləşdirilən qurban kəsmə mərasimi zamanı danışan qardaşlar sabiq bələdiyyə sədrinin qərarlarına görə zərər çəkdiklərini, Edip Uğurun vəzifəsindən kənarlaşdırılacağı təqdirdə qurban kəsəcəklərini niyyət etdiklərini və arzularının gerçəkləşdiyi üçün xoşbəxt olduqlarını deyiblər.

Qurban edilən heyvanın əti plov və qovurma bişirilərək bölgə əhalisinə paylanılacaq.

Gülşən
Qaynarinfo.Az