Ölkə 22:37 18.01.2018

Bələdiyyələrə əlavə səlahiyyət verildi (FƏRMAN)

Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi sahəsində səlahiyyət verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Bundan sonra bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların idarə olunması, saxlanılması və köçürülməsi, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.