Ekonomiks 13:31 20.11.2013

Benzinin bahalaşa biləcəyi dəqiq tarix açıqlandı – Rəsmi

Ramiz Həsənov: “Avro-3”ə keçidlə əlaqədar yanacağın qiymətinin qalxma ehtimalı var"

Gələn il yanvarın 1-dən “Avro-3”ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var.

Qaynar.info SalamNews-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

“Biz "Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə "Avro-4", "Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır”, - Ramiz Həsənov deyib.

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: ““Avro-3” standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir”.

Qaynar.info