Ekonomiks 17:41 05.04.2014

Benzinin ən baha olduğu ölkələr - FOTOLAR

Benzinin ən bahalı olduğu ölkələrin adları açıqlanıb.

Anspress-in məlumatına görə, "Bloomberg" dünyadan 61 ölkəsində adam başına düşən gündəlik gəlir və gündəlik yanacaq istehlakına görə benzin qiymətlərinin ən bahalı və ən ucuz olduğu ölkələrinin siyahısını yayımlayıb.

Venesuela benzinin ucuz olduğu ölkələrdən biridir. Burada normal benzinin bir qalonun (3,78 litr) qiyməti 0.04 dollardır. Bu ölkədə adam başına gündəlik yanacaq istehlakına görə benzin qiymətləri 0.40 dollar olaraq müəyyənləşib. Səudiyyə Ərəbistanında da benzinin qiyməti kifayət qədər ucuzdur. 

Belə ki, normal benzinin bir qalon qiyməti 0,45 dollardır. Neft ixracatçısı Ərəbistanda gündəlik yanacaq istehlakına görə benzin qiymətləri adam başına 68.94 dollar təşkil edir.





Daha bir neft ölkəsi olan Küveytdə isə bir qalon benzinin qiyməti 0,80 dollardır. Bu ölkədə benzinə görə adam başına düşən gündəlik gəlir 122.15 dollardır. Misirdə isə benzinin bir qalon qiyməti 1,00 dollar olaraq müəyyən edilib. Bu ölkədə benzinə görə adam başına düşən gündəlik gəlir 8,62 dollar təşkil edir.





Benzinin baha olduğu ölkələr arasında dördüncü yeri İtaliya tutur. Burada benzinin bir qalon qiyməti 8,61 dollardır. Benzinə görə adam başına düşən gündəlik gəlir isə İtaliyada 93,24 dollar olaraq müəyyən edilib. Hollandiya benzinin baha olduğu üçüncü ölkə olaraq diqqət çəkir. Burada benzinin bir qalon qiyməti 8,89 dollardır. Benzinə görə adam başına gündəlik gəlir 131,76 dollar təşkil edir.







Siyahıda ikinci pillədə Türkiyə qərarlaşıb. Qonşu ölkədə benzinin bir qalon qiyməti 9,55 dollardır. Benzinə görə adam başına düşən gündəlik gəlir isə 30,78 dollardır. Dünyanın ən bahalı benzini Norveçdə satılır. Burada benzinin bir qalon qiyməti 10,08 dollardır. Norveçdə benzinə görə adam başına düşən gündəlik gəlir isə 288,98 dollar təşkil edir.

Qaynar.info