Ekonomiks 12:30 01.10.2014

Benzinin qiyməti ucuzlaşdı - Azərbaycanda

“Azpetrol” şirkəti “Premium 95” markalı benzinin qiymətinin aşağı salıb. 

“Azpetrol” şirkətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət “Premium” benzinin satış qiymətinə yenidən baxıb.

Həmin markalı benzinin əvvəllər 1 litri  97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən “Premium” benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə  satılır.

Qaynar.info