Ölkə 14:27 20.10.2018

Bərdədə 600 kiloqram at əti aşkarlandı

Bərdə rayonunda 600 kiloqram at əti aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilə məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim MəmmədovTeymur Bağırov tərəfindən kəsilmiş çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.